NZS Pivə Zavodunun rəhbəri dəyişib
Bakıdakı NZS pivə zavodunun baş direktoru dəyişib.
ENA.az xəbər verir ki, Rüfət Gözəlov Ruslan oğlu NZS Pivə Zavodu, yaxud hüquqi adı ilə Azəri MMC-nin baş direktoru təyin edilib.
O, bu vəzifədə uzun müddətdir baş direktoru olan Səbuhi Hüseynov Tahir oğlunu əvəz edib.
Xatırladaq ki, Azəri MMC 2005-ci ildə təsis edilib və onun nizamnamə kapitalı 569 767 manat nizamnamə kapitalına sahibdir. Şirkət Azərbaycanda “NZS Beer” brendi ilə pivə istehsalı ilə ixtisaslaşıb.