Azərbaycanda pul bazası azaldı: Mərkəzi Bank manatı yığır
2022-ci il noyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 16 milyard 708,2 milyon manat təşkil edir. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2021-ci ilin dekabr ayının sonuna Azərbaycanda pul bazası 17 milyard 937,6 milyon manat təşkil edib.
Beləliklə, pul bazası 11 ay ərzində 6,9% azalıb.
Pul bazasının azalmasının başlıca səbəbi keçirilən not hərraclarıdır. Mərkəzi Bank qısamüddətli not hərracları vasitəsilə dövriyyədəki manatı yığır.
Eyni zamanda, 2022-ci ilin noyabr ayında Azərbaycanda pul bazası 37,2 milyon manat və ya 0,2% artıb.
2021-ci ildə Azərbaycanda pul bazası 32,2% artıb.