Azərbaycanda strateji malların siyahısı hazırlanır
“Dövlət ehtiyatları ilə bağlı strateji mallarını siyahısını hazırlanır”.
ENA.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Aqrar siyasət komitələrinin birgə iclasında Dövlət Ehtiyatlar Agentliyinin İdarə Heyətinin sədr müavini Hidayət Əzimov bildirib.
“Onların içərisində ərzaq məhsulları da var. Bu siyahı tərtib olunarkən əhalinin qida tələbatı nəzərə alınır. Həmçinin istifadə olunan kimyəvi maddələr nəzərə alınır. Bununla bərabər saxlanma müddətinə də baxılır. Yəni malların istehlak tarixi başa çatmağa yaxın vaxtda malların xarab olmaması məqsədilə bazara buraxılır. Həmin malların əvəzi dövlət ehtiyatlarında tədarük edilir",- deyə qurum rəsmisi vurğulayıb.