Rəsmi

Prezident məşğulluqla bağlı fərman imzaladı

Əmək münasibətləri, dövlət sosial sığorta sistemində fərdi uçot və məşğulluq sahələrində rəqəmsal xidmətlər genişləndiriləcək.

ENA.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti əmək münasibətləri, dövlət sosial sığorta sistemində fərdi uçot və məşğulluq sahələrində rəqəmsal xidmətlərin genişləndirilməsi məqsədilə normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)