“Alibaba”nın qurucusu Çini tərk edib
Çinin ən zəngin milyarderlərindən biri və “Alibaba”nın qurucusu Cek Ma altı ay əvvəl Yaponiyaya köçüb, bu barədə “Financial Times” yazıb. Nəşrin həmsöhbətlərinin dediyinə görə, Ma Tokioya köçdükdən sonra bütün ictimai fəaliyyətlərini minimuma endirib.
ENA.az bu barədə “Forbes”a istinadən xəbər verir.
Müasir yapon incəsənət mənbələri qeyd edirlər ki, milyarder həvəskar kolleksiyaçıya çevrilib. Çinli dostları onun akvarel rəssamlığına maraq göstərdiyini deyirlər. Digərləri isə Manın Yaponiyadakı vaxtını “Alibaba” və “Ant”dan kənarda biznes maraqlarını genişləndirmək üçün istifadə etməyə çalışdığını söyləyirlər.
Ümumilikdə, Cek Manın harada olduğu onun Çin maliyyə sistemini tənqid etdikdən sonra maraq doğurmağa başlayıb. Qısa müddətdən sonra Çin hökuməti “Alibaba”nın törəməsi olan “Ant Group”un fəaliyyətini dayandırıb, “Alibaba”ya qarşı isə antiinhisar araşdırmalara başlayıb.
“FT” yazır ki, Ma özü Pekinin texnologiya şirkətlərinə və nüfuzlu sahibkarlara artan təzyiqi, eləcə də artan anti-koronavirus tədbirləri fonunda gözdən itib. O, bir neçə dəfə Çindən kənarda görünüb. Məsələn, 2021-ci ildə “Alibaba”nın qurucusu İspaniyanın Mayorka adasında olub, 2022-ci ilin iyununda isə Hollandiyanın bir universitetində.