5 sığorta agentinin lisenziyası ləğv edildi
Azərbaycan Mərkəzi Bankı (AMB) 5 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyanı ləğv edib.
ENA.az AMB-yə istinadən xəbər verir ki, bununla bağlı qərar noyabrın 23-də “Sığorta fəaliyyəti haqqında” qanuna əsasən könüllü müraciət əsasında qəbul olunub.