Daha 10 aqropark istifadəyə veriləcək
2019-cu ildə Azərbaycanda 10 aqropark istifadəyə veriləcək. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.
“Hazırda respublikada 17 aqropark fəaliyyət göstərir. 2019-cu ildə isə daha 10 aqroparkın istifadəyə verilməsi nəzərdə tutulur”, - deyə o, İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclasında bildirib.
Nazir qeyd edib ki, bütövlükdə, Azərbaycanda 200 min hektara yaxın ərazidə dəyəri 2,2 mlrd. manat olan 51 aqropark yaradılacaq.