Sosial iqtisadiyyat

Maaş neft sektorunda 3000 manat, qeyri-neft sektorunda 484 manatdır

2018-ci ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,9 faiz artaraq 540,1 manat təşkil etmişdir.

"BI" Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki,  əməkhaqqı neft sektorunda 3000,7 manat, qeyri-neft sektorunda 484,0 manat təşkil etmişdir.

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 430,5 manat, özəl müəssisələrdə isə 687,7 manat olmuşdur.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olmuşdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)