Paşinyan KTMT sammitinin bəyannaməsini imzalamaqdan İMTİNA ETDİ
![](https://ena.az/uploads/news/2022-11/_ena_89610bdb19009a03febfdb286_o.jpg)
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının (KTŞ) bəyannaməsini imzalamaqdan imtina edib.
ENA.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“KTMT KTŞ-nin bəyannaməsi və Ermənistan Respublikasına yardımın göstərilməsi üzrə birgə tədbirlər haqqında layihəsi yetərincə işlənməyib və bu formada mən bu sənədləri imzalamağa hazır deyiləm”, - deyə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.