KTMT-nin baş katibi dəyişib
![](https://ena.az/uploads/news/2022-11/_ena_38ed9d2ec5ba355089a1e034a_o.jpg)
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi dəyişib.
ENA.az “Sputnik Armania”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan təşkilata üzv dövlətlərin İrəvanda keçirilən sammitində deyib.
O bildirib ki, Stanislav Zas KTMT-nin baş katibi kimi üç illik fəaliyyətini başa vurub: “Bundan sonra baş katibin səlahiyyətlərini Qazaxıstan nümayəndəsi İmanqali Tasmaqambetov icra edəcək”.