Rusiya Ərdoğanın ittihamlarına cavab verdi
Rusiya və Türkiyə Suriyada təhlükəsizliyin təmin edilməsinə dair məsələlərdə bəzən fikir ayrılığına düşürlər, lakin Moskva ilə Ankara arasındakı “münasibətlərin dostluq, tərəfdaşlıq xarakteri” bunu açıq və konstruktiv müzakirə etməyə imkan verir.
ENA.az xəbər verir ki, bunu jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə Prezidenti Ərdoğanın ittihamları ilə bağlı sualları cavablandırarkən deyib.
Peskov Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya tərəfinin 2019-cu il razılaşmasına əsasən Suriya bölgələrini kürd silahlı qruplaşmalarından “təmizləmək öhdəliyi”ni yerinə yetirməməsi barədə bəyanatını belə şərh edib:
"Rusiya və Türkiyənin Suriyadakı vəziyyətə və məhz həmin Soçi memorandumu üzrə öhdəliklərin yerinə yetirilməməsinə dair yanaşmalarında müəyyən nüanslar var. Bu nüanslar, hətta bəzən fikir ayrılıqları da iki prezident tərəfindən dəfələrlə müzakirə olunub".
Kremlin sözçüsü əlavə edib ki, Rusiya Türkiyənin Suriyadakı vəziyyətlə bağlı təhlükəsizlik məsələlərinə dair narahatlığını anlayışla qarşılayır. Onun sözlərinə görə, bu, Türkiyənin qanuni haqqıdır. Bununla yanaşı, Peskov bildirib ki, Rusiya bütün tərəfləri “bütövlükdə vəziyyətin ciddi şəkildə sabitliyin pozulmasına gətirib çıxara biləcək addımlardan çəkinməyə” çağırıb.
"Bu, bumeranqı geri qaytara və təhlükəsizlik vəziyyətini daha da çətinləşdirə bilər", - Peskov deyib.
Bundan əvvəl Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirmişdi ki, Moskva Suriya ərazisinə endirilən zərbələr fonunda Ankaranı təmkinli olmağa çağırıb.