Premium Mining işçi axtarır - VAKANSİYA
Tikinti layihəsi üzrə assistent
Son tarix 21 dek 2022
Əmək haqqı : 800-1000 AZN
İş yeri : Şıx qəsəbəsi,
Vəzifə öhdəlikləri:
- Tikinti quraşdırma layihəsi üzrə sənədlərin hazırlanması, layihənin tələb və məqsədlərinə uyğun olaraq layihənin icra planının, cədvəlinin, və lazımi meyarların hazırlanması və layihə rəhbəri ilə razılaşdırılması;
- Şirkət daxilində və eləcədə sifarişçilər arasında işlərin koordinasiya edilməsi və ünsiyyətin qurulmasının təmin edilməsi;
- Razılaşdırılmış layihə planının icrası üçün müvafiq işçilərin, sifarişçilərin və layihədə iştirak edən digər tərəflərin (şəxslərin) müvaffiq tapşırıqlar üzrə məlumatlandırılması, tapşırığın icrası boyunca hər birinin işinə nəzarət edilməsi;
- Layihə rəhbərinə layihə üzrə görülmüş işlərin hər gün yazılı və şifahi şəkildə ətraflı hesabatının verilməsi;
- Layihənin ümumi gedişatına mütəmadi nəzarət olunması, tapşırıqların razılaşdırılmış zaman çərçivəsində bitməsinə nəzarət edilməsi
- Layihənin getişatında yaranan çətinliklərin səbəblərinin araşdırılması və layihə rəhbərinə lazımı məlumatların verilməsi;
- Layihənin gedişatı zamanı layihə iştirakçılarının, sifarişçinin, iş icraçılarının və rəhbərliyin rəylərinə əsasən hesabatların hazırlanması və bu rəylərə əsasən layihənin icra və əməliyyat planında müvafiq düzəlişlərin edilməsi;
- Layihə rəhbəri tərəfindən verilən yazılı və şifahi tapşırıqların icra edilməsi
Tələb olunan bacarıqlar:
- Ali Təhsil;
- Tikinti sahəsində 3 ildən 5 ilə qədər iş təcrübəsi (Təmir, tikinti sektorundan mütləq anlayışı olmalıdır);
- Layihələrin koordinatorluğu üzrə minimum üç illik iş təcrübəsi;
- Tələbkarlılıq, idarəetmə bacarığı;
- Məsuliyyətlilik, detallara nəzarət, operativlik;
- İşçilər, müştərilər, və sifarişçilər ilə düzgün ünsiyyət qurma bacarığı və təcrübəsi;
- Sistematik işləmək bacarığı, nizam intizam, və vaxtın düzgün idarə edilməsi;
- Microsoft Office proqramlarında səlis işləmə bacarığı;
- Azərbaycan, İngilis dillərində professional səviyyədə danışmaq və yazmaq qabiliyyəti;
- Sənədləşmə işlərinin düzgün sistematik icrasını bilmək və təmin etmək bacarığı;
İş şəraiti:
- 5 günlük iş norması
- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;
Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır. CV-nizi hr@premiummining.az email ünvanına subject bölməsində “Tikinti layihəsi üzrə assistent” qeyd etməklə göndərə bilərsiniz.