Gündəm

Rusiyada uşağın tərbiyəsi üçün aylıq müavinət veriləcək

Rusiyada gələn il uşağın doğulması və tərbiyəsi üçün vahid müavinət veriləcək.

ENA.az xəbər verir ki, bu barədə qanunu prezident Vladimir Putin imzalayıb.

Aylıq ödəniş ailənin hər uşağına 17 yaşına çatana qədər, həmçinin hamilə qadınlara təyin olunacaq.

Sosial dəstəyə ehtiyacı olan Rusiya vətəndaşları ölkədə daimi yaşamaq şərti ilə müavinət almaq hüququ əldə edəcəklər.


Bu ödənişin məqsədi üçün ailənin adambaşına düşən orta gəliri ərazidə müəyyən edilmiş yaşayış minimumundan çox olmamalıdır. Burada daşınar və daşınmaz əmlak, əmanətlər üzrə faiz şəklində gəlir və digər qazanclar  nəzərə alınır.

Müavinətin məbləği əmək qabiliyyətli əhali üçün yaşayış minimumunun 50, 75 və ya 100 faizini təşkil edəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)