Sosial iqtisadiyyat

Azərbaycanda işsizlikdən sığorta ödənişi almaq asanlaşacaq – VİDEO

Azərbaycanda işsizlikdən sığorta ödənişi almaq asanlaşacaq. Bu, yeni yaradılan Azərbaycanın məşğulluq xəritəsinin məlumatlarından istifadə hesabına mümkün olacaq.

ENA.az Xəzər TV-yə istinadən xəbər verir ki, xəritə gələcəkdə əhali artımı, iş yerlərinin sayı, qadın və kişilər arasında məşğulluq, məktəbli və tələbələrin sayı kimi amilləri izləyəcək. Bu da öz növbəsində rayonlarda yeni iş yerlərinin yaradılmasının zəruri olub-olmadığını müəyyənləşdirməyə kömək edəcək.

Eləcə də oxu: Gəliri bu məbləğdən aşağı olanlar sosial yardım alacaqlar

Dövlət Məşğulluq Agentliyinin idarə heyətinin sədri Mustafa Abbasbəyli bildirib ki, özünüməşğulluq proqramına cəlb olunmaq və işlə təmin olunmaq üçün müraciət edənlərin qeydiyyat proseduru da sadələşəcək.

Qeyd edək ki, məşğulluq xəritəsinin yaxın vaxtlarda istifadəyə veriləcəyi gözlənilir.

İşsizlikdən sığorta ödənişi barədə ətraflı məlumatı isə bu linklə əldə edə bilərsiniz.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)