Rusiyanın xüsusi nümayəndəsi Azərbaycana gəlir

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Azərbaycana səfər edəcək.
ENA.az xəbər verir ki, bu barədə Rusiya XİN-in Mətbuat və İnformasiya Departamentinin direktor müavini İvan Neçayev məlumat verib.
O, Xovayevin bu yaxınlarda İrəvanda səfərdə olduğunu, Ermənistan rəhbərliyi ilə faydalı görüşlər keçirdiyini xatırladıb.
“İndi isə Xovayevin səfər növbəsi Azərbaycanadır”, - rusiyalı diplomat vurğulayıb.
Neçayev Xovayevin Azərbaycana konkret nə vaxt səfər edəcəyini açıqlamayıb.