Milli Məclisdə bu şəxslərin maaşlarının artırılması TƏKLİF EDİLDİ
Milli Məclisin deputatı Elşəd Mirbəşir regionlarda fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində çalışan işçilərin maaşlarının artırılmasını təklif edib.
Deputat parlamentin bugünkü plenar iclasında xatırladıb ki, ümumilikdə 60 şəhər və rayonda belə mərkəz mövcuddur.
Deputat qeyd edib ki, bu mərkəzlərin yaradılmasında əsas məqsəd ulu öndər Heydər Əliyev irsinin qorunub saxlanması, eləcə də onun ideyalarının təbliğ olunmasıdır:
“Regionlardakı mərkəzdə çalışan işçilərin maaşlarının artırılmasını təklif edirəm. Xahiş edirəm ki, imkan olsa bu məqama diqqət yetirilsin. Bildiyimiz kimi həmin mərkəzlər Mədəniyyət Nazirliyinin tabeliyindəndir. Təklif edirəm ki, gələcəkdə həmin mərkəzlər Bakıda yerləşən Heydər Əliyev Mərkəzinin tabeliyinə verilsin”.