Gündəm

Polşa ordusu döyüşə hazır vəziyyətə gətirildi

Polşa ordusunun hissələri və digər hərbiləşmiş xidmətlər yüksək hazırlıq vəziyyətinə gətirilib.

ENA.az xəbər verir ki, bunu Polşa hökumətinin mətbuat katibi Piotr Müller Milli Təhlükəsizlik və Müdafiə Bürosunun təcili iclasından sonra mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, sərhəddə baş vermiş partlayış nəticəsində iki nəfər həlak olub. Hazırda müvafiq xidmətlər hadisə yerində araşdırma aparırlar.

Xatırladaq ki, Rusiya ordusu ötən gün Ukraynaya 100-ə yaxın raket atıb. Raketlərdən ikisi Polşanın Ukrayna ilə sərhəddə yerləşən Prjevoduv şəhərinə düşüb. Hadisə nəticəsində iki nəfərin öldüyü bildirilir.

Hadisə ilə əlaqədar Baş nazir Mateuş Moravietski dövlət başçısı Andrjey Dudanın razılığı ilə Təhlükəsizlik Bürosunun təcili iclasını çağırıb. İclasda daxili işlər naziri Mariuş Kaminski, xarici işlər naziri Zbiqnev Rau, ədliyyə naziri Zbiqnev Ziobro, eləcə də silahlı qüvvələrin və polisin yüksək çinli təmsilçiləri iştirak ediblər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)