Bakıda bu avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib
![](https://ena.az/uploads/news/2022-11/_ena_ee6a53830f96f4fd7115dd548_o.jpg)
Yasamal rayonu Əsəd Əhmədov küçəsində aparılan təmir işləri ilə əlaqədar 77 və 211 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.
Bu barədə BNA-dan xəbər verilib.
Bildirilib ki, hazırda qeyd olunan xətlər üzrə avtobuslar Məhəmməd Xiyabani küçəsindən keçməklə fəaliyyət göstərirlər.