Bayden Çin lideri ilə görüşdü
İndoneziyanın Bali əyalətində ABŞ Prezidenti Coz Baydenlə Çin lideri Si Cinpin arasında G20 sammiti çərçivəsində ilk görüş keçirilib.
ENA.az xəbər verir ki, məlumatı xarici KİV-lər yayıb.
Bildirilib ki, bu, onların dövlət başçısı səviyyəsində ilk görüşüdür. Tərəflər arasında 2015-ci ildə görüş olub. Ancaq onda Cozef Bayden Prezident deyildi.
Qeyd edək ki, noyabrın 15-də İndoneziyanın Bali kurort adasında G20-liyin zirvə toplantısı keçiriləcək. Rusiya Prezidenti Vladimir Putin toplantıya qatılmayacaq.