Hansı banklar daha çox borc verə biliblər? – 9 AYLIQ DİNAMİKA-RENKİNQ
Bu il, oktyabrın 1-nə Azərbaycan banklarının kredit portfeli 19 milyard 153 milyon manatdır, bu 2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə 13% artım deməkdir. Bəs hansı banklar borc verməyə daha çox müştəri tapıb?
ENA.az bununla bağlı bankların renkinq cədvəlini sizə təqdim edir. Cədvəldən göründüyü kimi, 19 milyardlıq portfelin 10 milyard 992 milyon manatı – ABB, Kapital, PAŞA və Xalq bankdadır. Bu təxminən bazarın 57,3% deməkdir.
Bu ilin yanvar-iyun aylarında daha çox kredit verməyə müvəffəq olmuş bankların sırasına isə 23% ilə 3 bank - Yelo Bank, Ziraat Bank Azərbaycan və Azər-Türk Bank liderlik edir. Kredit portfelinin artımında Bank Respublika (21%) və Rabitəbank (21%) ilk TOP-5-likdə yer alır.
Kredit portfelinin həcminin azalması dinamikasına görə Pakistan Milli Bankının Bakı filialını nəzərə almasaq (bank onsuz da ləğvetmədədir), mənfi zonadakı ilk üçlük belədir: Premium Bank ASC – 6%, Bank VTB (Azərbaycan), Bank BTB -3%.