Qarabağ

Qarabağdakı otellərə nağdsız ödənilən ƏDV-nin 30%-i geri qaytarılacaq

Gələn ildən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yerləşən mehmanxanalara nağdsız qaydada ödənilən ƏDV-nin 30%-nin geri qaytarılması nəzərdə tutulub.

ENA.az xəbər verir ki, Vergi Məcəlləsinə edilən əlavə və dəyişikliklərə əsasən, Qarabağdakı mehmanxanalara nağd qaydada ödənilən ƏDV-nin isə 5%-i geri qaytarılacaq.

Qeyd edək ki, hal-hazırda sözügedən nisbətlər müvafiq olaraq 15% və 10%-dir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)