Gündəm

McDonald’s Belarusdan gedir

McDonald's fast food restoranları Belarusu tərk edir.

ENA.az xarici KİV-lərə istinadən xəbər verir ki, restoranlar bundan sonra "Vkusno" adı altında fəaliyyət göstərəcək.

Rəsmi açıqlamada bildirilir ki, şirkət bir neçə həftə ərzində yeni brend altında fəaliyyətə başlayacaq.

“Biz bütün iş yerlərini qoruyub saxlayacağıq, qonaqpərvər xidmət, müxtəlif menyu, sevimli yemək dadları və qonaqlarımızın vərdiş etdiyi münasib qiymətə yüksək keyfiyyətli məhsullar təklif etməyə davam edəcəyik”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)