Mask “Twitter”in iflasa uğraya biləcəyini etiraf edib
Bu yaxınlarda Twitter sosial şəbəkəsini əldə edən sahibkar İlon Mask işçilərə yazdığı ilk məktubunda şirkətin iflasa uğraya biləcəyini etiraf edib. Bu barədə mənbələrə istinadən “Bloomberg” məlumat yayıb.
Xəbərdarlıq Maskın platformanı 44 milyard dollara əldə etmək üçün sövdələşməni bağlamasından iki həftə sonra edilib. Bu müddət ərzində iş adamı işçilərinin yarısına qədərini işdən çıxarıb, qalanlarına isə distant işləməyi qadağan edib.
“Bloomberg”in məlumatına görə, Maskın yeni komandasının iki idarəçisi Yoel Rot və Robin Uiler istefa veriblər. “Twitter”in informasiya təhlükəsizliyi departamentinin rəhbəri Lea Kissner isə bir müddət əvvəl işdən çıxarıldığını açıqlayıb.
Bundan sonra ABŞ Federal Ticarət Komissiyası şirkətdəki “son inkişafları” dərin narahatlıqla izlədiyini deyib.