Sosial iqtisadiyyat

Bu ərazilərdə işləyənlər yüksək MAAŞ ALACAQ

Azad edilən ərazilərdə işləyən mütəxəssislər yüksək maaş alacaqlar.

ENA.az xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik edilir.

Təklif olunan dəyişikliyə əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən ediləcək. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunacaq.

Qeyd edək ki, dəyişiklik layihəsi qəbul olunacağı təqdirdə 2023-cü ilin yanvarın 1-dən qüvvəyə minəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department