Aqrar

Azərbaycan bəzi məhsullar üzrə özünü 100 faiz təmin edir

Bu gün FAO-Azərbayvan Tərəfdaşlıq Proqramının açılışı oldu.

"BI" xəbər verir ki, kənd təsərrüfatı naziri İnam Kərimov bildirdi ki, Azərbaycan artıq həm də donor ölkə kimi layihərin maliyyələşdirilməsində iştirak edəcək.

Nazir bildirdi ki, kənd təsərrüfatı məhsullarının ümumi həcmi 2018-ci ildə 2017-ci ilə nisbətdə 4 faizdən çox artıb. Süd məhsulları və meyvə tərəvəzlə özünü təminat yüksək səviyyədədir, tərəvəzlə təminat isə 100 faizdir.

İ.Kərimov qeyd etdi ki, BMTnin FAO təşkilatı ilə 50-ə yaxın layihə üzrə əməkdaşlıq edirlər. Bu layihələr toxumçuluq fitosanotar xidmətlər, məhsul iatehsalı üzrə dəyər zənciri, iri buynuzlu heyvandarlığın inkişafı kimi sahələri əhatə edir. Gələcəkdə fındıqçılıq ilə bağlı burgə layihələr həyata keçiriləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)