Taxıl sazişinin bərpası mümkün deyil - Volodin
Ukrayna taxılının daşınması üçün istifadə olunan təhlükəsiz dəhlizin terrorçuluq məqsədləri ilə istifadəsi yolverilməzdir.
Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin öz “Telegram” kanalında deyib.
Xatırladaq ki, oktyabrın 29-u Rusiya Ukrayna dəniz limanlarından məhsulların daşınması əldə olunmuş razılaşmada iştirakından imtina etdi.
Buna səbəb kimi Sevastopol akvatoriyasında Qara Dəniz donanmasının gəmilərinin və mülki gəmilərin Kiyevdən vurulması göstərilmişdi.
“Dəhlizin terrorçuların hücumları üçün istifadə edildiyi müddət ərzində taxıl sazişinin yenilənməsi mümkün deyil”, – Volodin vurğulayıb.