Qarabağ

Soçi danışıqlarının bəzi təfərrüatları məlum olub

Rusiyanın Soçi şəhərində keçirilən yüksək səviyyəli danışıqların bəzi təfərrüatları məlum olub.

Ermənistan tərəfi 2021-ci ilin mayında və 2022-ci ilin sentyabrında baş verən hərbi toqquşmaları yekun bəyanatda əks etdirmək istəsə də, buna nail ola bilməyib. Üstəlik, baş nazir Nikol Paşinyan və komandası sənədə 21 may 2021-ci il tarixinə status-kvo ilə bağlı bəndin daxil edilməsini istəyib. Amma buna nail ola bilməyiblər.

Ermənistan tərəfi sənədə öz bəndlərini daxil edə bilməyəcəyini anladıqdan sonra birgə bəyanatın qəbuluna mane olmağa çalışsa da, erməni hiyləsi baş tutmayıb. Üstəlik, bu, ev sahibi ölkəyə – Rusiyaya və şəxsən Putinə açıq-aşkar hörmətsizlik olardı.

Beləliklə, yekun bəyanatda “status” bircə dəfə də olsa qeyd edilmir. Çünki bu, Azərbaycanın daxili işidir. Birgə Bəyanatda Azərbaycan tərəfinə tamamilə uyğun gələn suverenlik və ərazi bütövlüyü məsələsinə xüsusi diqqət yetirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)