Çavuşoğlu: “Hazırda ABŞ üçün ən böyük təhdid Çindir”
“Hazırda ABŞ üçün ən böyük təhdid Çindir. Çin də öz növbəsində daha iddialı davranır”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Ukraynadakı müharibə beynəlxalq sistemdə ciddi dəyişikliklərə səbəb olub”, – nazir söyləyib.
O bildirib ki, Rusiya ilə Qərb arasındakı mübarizə gedir: “Artıq “çirkli bomba” məsələsi gündəmə gəlib”.
O, həmçinin Türkiyənin balanslı diplomatiyanı davam etdirdiyini vurğulayıb.