Aqrar

Azərbaycanda ərzaq məhsullarının ucuzlaşması gözlənilirmi? - Mərkəzi Bankın proqnozu

Dünyada buğda və soya yağlarının qiyməti düşüb. Azərbaycan bazarında niyə hissə olunmur, kimi suallar yaranır.

Mərkəzi Bankın Baş direktoru Vüqar Əhmədov bildirib ki, qlobal ərzaq bazarında qiymətlərin azalması tendensiyası mövcuddur. Bu Azərbaycan bazarına da təsir edir, hazırda soya yağlarının qiymətində düşmə hiss olunmağa başlayıb.

Amma nəzərə almaq lazımdır ki, ərzaq məhsulları strateji məhsullar olduğundan ehtiyatlarda saxlanma həcmi yüksək olur. Başqa sözlə, baha alınmış bu məhsulları hazırda sahibkarlar ucuz qiymətə sata bilməzlər.

Vüqar Əhmədovun sözlərinə görə, Azərbaycanda inflyasiyanın hədəf diapazonuna salınması Mərkəzi Bank üçün əsas fəaliyyətlərdən biridir. Hazırda ərzaq inflyasiyasında idxal olunan məhsulların birbaşa təsiri 50% təşkil edir, dolayısı isə bu faiz daha yüksəkdir.  

Mərkəzi Bank qlobal bazarda ərzaq qiymətlərinin ucuzlaşma tendensiyasını nəzərə alaraq gələn il üçün inflyasiya hədəflərini daha aşağı proqnozlaşdırır.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)