Prezident büdcə ilə bağlı fərmana dəyişiklik etdi
Prezident İlham Əliyev “2022-ci il dövlət büdcəsi haqqında” 3 dekabr 2021-ci il tarixli qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” 23 dekabr 2021-ci il tarixli fərmanında dəyişiklik edib.
ENA.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Dəyişikliyə əsasən, qanuna yeni nəsil şəxsiyyət vəsiqələrinin və biometrik pasportların çap edilməsi ilə bağlı bənd əlavə olunub. Bununla bağlı xərclər 48,282 milyon manat müəyyən edilib.