Axtar

Azərbaycana gələn əcnəbilər ən çox bu bölgələrindəki hotellərdə gecələyiblər

2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1,5 dəfə artaraq 2046,5 min olub. Gecələmələrin 53,0 faizi Bakıda, 6,9 faizi Qəbələdə, 6,2 faizi Xaçmazda, 6,1 faizi Qubada, 4,3 faizi Qusarda, 4,1 faizi Şabranda, 3,7 faizi Lənkəranda, 3,1 faizi Naftalanda, 1,8 faizi Naxçıvan Muxtar Respublikasında, 1,0 faizi İsmayıllıda, 1,0 faizi Qaxda, 1,0 faizi Şamaxıda, 0,8 faizi Masallıda, 0,7 faizi Şuşada və 6,3 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.

ENA.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin təqdim etdiyi hesabatda qeyd olunub.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4,3 dəfə artaraq 1031,4 min olub ki, bu da ümumi gecələmələrin 50,4 faizini təşkil edir. Gecələmələrin 19,7 faizi Səudiyyə Ərəbistanı, 11,2 faizi Rusiya Federasiyası, 10,0 faizi Birləşmiş Ərəb Əmirlikləri, 8,2 faizi Türkiyə, 4,3 faizi Küveyt, 4,1 faizi İsrail, 3,9 faizi Hindistan, 3,4 faizi ABŞ, 3,1 faizi Böyük Britaniya, 2,3 faizi Pakistan, 1,6 faizi Qazaxıstan, 1,5 faizi Qətər, 1,4 faizi Almaniya, 1,2 faizi Özbəkistan, 1,1 faizi Gürcüstan,1,1 faizi İtaliya, 1,0 faizi İran, 0,9 faizi Oman, 0,7 faizi Çin, 0,6 faizi Niderland, 0,6 faizi Ukrayna 18,1 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 78,3 faizi Bakıda,  8,1 faizi Qəbələdə, 4,4 faizi Qubada, 3,6 faizi Qusarda, 2,4 faizi Naftalanda, 0,7 faizi Şabranda, 0,5 faizi Naxçıvan Muxtar Respublikasında, 2,0 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Azərbaycan vətəndaşlarının keçirdiyi gecələmələrin sayı 1015,1 min olub ki, bu da ümumi gecələmələrin 49,6 faizini təşkil edir.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33