Gündəm

Rusiyanın raket və PUA ehtiyatları tükənir

Rusiyanın raket və PUA ehtiyatları tükənir. Belə ki, oktyabrın 24-də rus qoşunları Ukraynaya cəmi iki raket atıb.

ENA.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun hesabatında bildirilib.

Qeyd edilib ki, bu, raket və PUA ehtiyatlarının tükənməsinin göstəricisidir. Bundan əlavə, ehtimal olunur ki, Rusiya strateji məqsədlərinə çatmaqda belə zərbələrin effektivliyi aşağı salır.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Rusiyanın yeni raket və pilotsuz təyyarə zərbələrini yumşaltdığını açıqlayıb. Onun fikrincə, Rusiya Federasiyası artıq qanadlı raket ehtiyatını tükəndirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)