Sosial iqtisadiyyat

Avtomobilini taksi kimi icarəyə verən şəxsin hansı vergi öhdəliyi var?

Bankdan götürdüyüm kreditlə avtomobil alıb taksi kimi icarəyə vermək istəyirəm. Mənim hansı vergi öhdəliyim yaranacaq?

Dövlət Vergi Xidmətindən bildirilib ki, nəqliyyat vasitəsinin icarəyə verilməsindən əldə edilən gəlir fiziki şəxslərin qeyri-sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlir hesab edilir və Vergi Məcəlləsinin 124-cü maddəsinə əsasən, belə gəlirdən xərclər çıxılmadan icarəyə götürən vergi ödəyicisi tərəfindən ödəmə mənbəyində vergi tutulur. Bu zaman nəqliyyat vasitəsini icarəyə götürən şəxs ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutaraq icarə haqqını icarəyə verən şəxsə ödəyir.

O da qeyd edilib ki, nəqliyyat vasitələrini icarəyə götürərək taksi ilə sərnişin daşınmasını həyata keçirən şəxslər öz vergi öhdəliklərini “Fərqlənmə nişanı” almaqla yerinə yetirirlər.

Əsas: Vergi Məcəlləsinin 124-cü, 150-ci və 221-ci maddələri

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)