MALİYYƏ

Dövlət büdcəsinin xərcləri AÇIQLANDI

2022-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin profisiti 1 milyard 930,7 milyon manat və ya ÜDM-in 2%-ni təşkil edib. Bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.

Hesabat dövründə dövlət büdcəsinin gəlirləri 22 milyard 401,4 milyon manat olub. Proqnoz 101,9% yerinə yetirilib. 2021-ci ilin 9 ayı ilə müqayisədə büdcə gəlirləri 25,3% artıb.

Gəlirlərin strukturunda Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 10 milyard 451,4 milyon manat vəsait (proqnozun 110,2%-i, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə artım 64,5%) daxil olub. Həmin vəsaitin 59,2%-i və yaxud 6 milyard 191,7 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə 2021-ci ilin eyni dövrü ilə müqayisədə 31,9% çox olub.

Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 6 milyard 542 milyon manat vəsait (proqnozun 118,2%-i, 2021-ci ilin 9 ayı ilə müqayisədə artım 32,4%) təmin edilib.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 4 milyard 648 milyon manat məbləğində transfert daxil olub, proqnoz 80,9% yerinə yetirilib. Digər gəlirlər – 416.4 milyon manat, büdcə təşkilatlarının büdcədənkənar gəlirləri – 530,8 milyon manat, qalanı – digər mənbələrdən daxil olub.

2022-ci ilin iyul-sentyabr ayları üzrə dövlət büdcəsinin gəlirləri 8 milyard 195,9 milyon manat təşkil edib.

2022-ci ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin xərcləri 20 milyard 470,7 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 15,6% çoxdur. Proqnoz 97,3% yerinə yetirilib.

Sosialyönümlü xərclər hesabat dövrü ərzində dövlət büdcəsinin bütün xərclərinin 41,2%-ni təşkil etməklə 8 milyard 442 milyon manat məbləğində icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,3% çoxdur.

9 ay ərzində dövlət büdcəsi cari xərclərinin 12 milyard 669,4 milyon manat və ya dövlət büdcəsinin bütün xərclərinin 61,9%-ni, 6 milyard 608,3 milyon manat və ya 32,3%-ni əsaslı xərclər, 1 milyard 193 milyon manat və ya 5,8%-ni dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edib.

2022-ci ilin iyul-senatybr ayları üzrə dövlət büdcəsinin xərcləri 7 milyard 534,1 milyon manat icra olunub.

2022-ci ilin 9 ayı ərzində icmal büdcənin gəlirləri 29 milyard 719,8 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 29,1% çoxdur. İcmal büdcənin xərcləri isə 22 milyard 569,6 milyon manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16% çoxdur. İcmal büdcədə 7 milyard 150 milyon manat və ya ÜDM-in 7,3%-i profisit (artım 2 dəfə) yaranıb.

2022-ci il dövlət büdcəsinin gəlirləri 29 milyard 197,8 milyon manat, xərcləri 32 milyard 303,8 milyon manat, kəsiri 3 milyard 106 milyon manat məbəğində və ya ÜDM-in 2,7%-i səviyyəsində proqnozlaşdırılır.*

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)