Gündəm

Məktəb əmlakına vurulan zərərə görə valideyn/qanuni nümayəndə maddi məsuliyyət daşıyacaq

Məktəblərə təsbeh və saqqız gətirmək qadağan edilir.

ENA.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanan “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”nda qeyd olunub.

Qaydalara əsasən, bu əşyaları ümumi təhsil müəssisəsinə gətirmək qadağandır: kəsici və deşici alətlər, təhlükəli, zəhərli və ya tez alışan maddələr, kibrit və alışqanlar, siqaret (elektron siqaret), saqqız, spirtli içkilər, təsbeh və zinət əşyaları kimi aksesuarlar, qanunla istifadəsi və dövriyyəsi qadağan olunmuş maddələr.

Qaydalarda, həmçinin qeyd olunub ki, məsuliyyətsiz davranış nəticəsində məktəb əmlakına və başqalarının şəxsi əşyalarına vurulan zərərə görə valideyn/qanuni nümayəndə maddi məsuliyyət daşıyır.

Maddi ziyanın ödənilməsi qanuna əsasən müəyyənləşdirilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)