Gündəm

Ukrayna ordusu iki saatda 14 İran PUA-sını məhv edib

Son iki saat ərzində Ukraynanın Nikolayev vilayətində İran istehsallı 14 “Şahed” PUA-sı zərərsizləşdirilib.

ENA.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Komandanlığından bildirilib.

Qeyd olunub ki, “Cənub” Hava Komandanlığı 9, Ukrayna Hərbi Dəniz Qüvvələri 2, Milli Qvardiya 2, Milli Polis isə 1 PUA-nı məhv edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)