Gündəm

Prezidentin vəzifə verdiyi Mehriban İmanova kimdir? - DOSYE

Bu gün Prezident İlham Əliyev Azərbaycan Elm Fonduna rəhbər təyin edib. Ölkə başçısının imzaladığı sərəncamla Mehriban Natiq qızı İmanova Fondun icraçı direktoru təyin edilib.

ENA.az-ın məlumatına görə, Mehriban İmanova 26 fevral 1977-ci ildə Bakı şəhərində anadan olub. 1985-1995-ci illərdə Baki şəhəri 236 saylı orta məktəbdə təhsil alıb. 

1995-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin bakalavr təhsil pilləsinə daxil olmuş və 1999-cu ildə oranı bitirib. 1999-cu ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin magistratura pilləsinə daxil olub və 2001-ci ildə oranı (Hesablama riyaziyyatı ixtisası) bitirib. 2003-2007-ci illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin aspirantı olub. 2001-ci ildə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasının baş laborantı kimi əmək fəaliyyətinə başlamyıb.

2010-cı ildə namizədlik dissertasiya işini  müdafiə edərək riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 2009-cu ildən Hesablama riyaziyyatı kafedrasında tam ştat müəllim, 2013-cü ildən dosent əvəzi, 2016-cı ildən isə dosent vəzifəsində çalışıb.

M. İmanova 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, iki övladı var

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)