Yeni icra başçısı DTX-nin polkovniki imiş
Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Natiq Nuşravan oğlu Ağayevi Göyçay rayonuna yeni icra başçısı təyin edib.
Məlumata görə, N.Ağayev bu təyinatadək Dövlət Təhlükəsizliyi Xidmətinin Sumqayıt şəhər şöbəsinin rəisi olub.
O, polkovnik rütbəsində xüsusi xidmət orqanlarında qulluq edib.