Sənaye

Neft tədarükünün azaldılmasına dair risklər barədə xəbərdarlıq edilib

Oktyabrın əvvəlində “OPEC+”un neft tədarükünün azaldılması ilə bağlı qərarı dünyada enerji təhlükəsizliyinin sabitliyini təmin edilməsi məsələsində riskləri artırır.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında deyilir.

“OPEC+”un neft tədarükünü kəskin azaltması bütün dünyada enerji təhlükəsizliyi risklərini artırır. Hətta aşağı tələb gözləntilərinə baxmayaraq, bu qərar ilin sonuna və 2023-cü ilin birinci yarısına qədər neft ehtiyatlarında çox ehtiyac duyulan artımı kəskin şəkildə azaldacaq”, - hesabatda bildirilib.

Agentliyin məlumatına görə, Səudiyyə Ərəbistanı və BƏƏ “qara qızıl”ın hasilatını azaldacaq: “Bundan başqa, dekabrda Avropa İttifaqının sanksiyalarının başlaması ilə əlaqədar Rusiyada neft hasilatının daha da azalacağı gözlənilir”.

Xatırladaq ki, ötən həftə “OPEC+”a daxil olan dövlətlər noyabr ayından neft hasilatını 2 milyon barel azaltmaq qərarına gəlib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)