Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən AZAD ETDİ
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov qurumun Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsinin rəisini təqaüdə göndərib.
İdarənin rəisi Mehriban Səadətxan öz istəyi ilə tutduğu vəzifəsindən azad olunaraq, təqaüdə çıxıb.
Nazirin digər əmri ilə qurumun Sənədlərlə iş şöbəsi müdiri Nailə Mürsəliyeva vəzifəsindən azad olunaraq, Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.(qaynarinfo.az)