ABŞ Çinə qarşı yeni sanksiyalar tətbiq edib
ABŞ 28 Çin şirkətinə superkompüter və yarımkeçiricilər istehsalı üçün məhsul tədarükünə məhdudiyyətlər qoyub.
ENA.az xəbər verir ki, bu barədə ABŞ-ın Ticarət Nazirliyinin açıqlamasında deyilir.
"Nazirliyin Sənaye və Təhlükəsizlik Bürosu superkompüterlərin və yarımkeçiricilərin istehsalı üçün məhsullar üzrə əməliyyatlara nəzarəti genişləndirir", - deyə açıqlamada bildirilib.
Qeyd edilib ki, yeni sanksiyalar Çində yerləşən 28 hüquqi şəxsə çatdırılma üçün lisenziyalaşdırılmalı olan malların çeşidini genişləndirir.