Sosial iqtisadiyyat

“Azəristiliktəchizat” qaz borcunu nə vaxt ödəyəcək? - RƏSMİ AÇIQLAMA

"Azəristiliktəchizat" ASC-nin bu ilin sonuna kimi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə borcu olmayacaq.

ENA.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhmdar cəmiyyətinin sədrinin müşaviri Ramil Məhərrəmov bildirib.

Onun sözlərinə görə, bu il üçün "Azəriqaz"a borcun 90%-i ödənilib.

"Azəristiliktəchizat" tam kommersiya müəssisəsi deyil. Bizim qarşımıza həm də sosial missiya qoyulub. Bu baxımdan bizə dövlətin maliyyə dəstəyi vacibdir. Amma hər il çalışırıq ki, istifadə etdiyimiz resursları azaldaq, müasir idarəetmə metodlarından istifadə edib vaxtında baş verə biləcək itkilərin qarşısını alaq. Biz dövlətimizin bizə verdiyi dəstəyi maksimum azaltmağa, xərc baxımından effektiv texnologiya və materiallardan istifadə etməyə çalışırıq", - deyə R.Məhərrəmov qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)