Sosial iqtisadiyyat

"İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi"nə yeni direktor təyin edildi

İqtisadiyyat Nazirliyinə məxsus "İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi" MMC-nin direktoru Anar Nərimanov vəzifəsini tərk edib.

ENA.az xəbər verir ki, onun yerinə Aqşin Məcidov təyin olunub.

Xatırladaq ki, "İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi" 2009-cu ildə o vaxtkı Əmlak Məsələləri Dövlət Komitəsinin yaradılıb, Prezident İlham Əliyevin ötən il iyunun 26-da imzaladığı fərmanla İqtisadiyyat Nazirliyinin tabeliyinə verilib. Onun nizamnamə kapitalı 200 manatdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)