Birja

Yuan dollar qarşısında 14 il ərzində minimum səviyyəyə düşüb

Çin yuanı dollar qarşısında 2008-ci ildən bəri ən aşağı səviyyəyə düşüb. Çin ərazisində ticarət edən yuan, əvvəlki sessiyanın bağlanışında 7,176/$1 səviyyəsinə nisbətən 7,2235/$1 səviyyəsinə düşüb. Dəyər son 14 ilin ən aşağı səviyyədədir.

Çin Xalq Bankı (PBOC, ölkənin mərkəzi bankı) yuanın zəifləməsinə icazə verməyə hazır olduğunu bildirərək, istinad dərəcəsini 7,1107 yuan/$1 olaraq təyin edib. Yuanın bazar məzənnəsi sessiya ərzində bu və ya digər istiqamətdə istinad məzənnəsindən 2%-dən çox olmayan kənara çıxa bilər.

Offşor yuan (Honq-Konqda ticarət olunur) 2010-cu ildə ayrıca ticarət sisteminin tətbiqindən sonra rekord aşağı səviyyəyə düşüb və 7.1795 yuan/$1-ə qarşı saat 10:00-da 7.2298 yuan/$1 səviyyəsindədir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)