Kreml: "İjevskdəki məktəbə hücum terror aktıdır"
Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov İjevskdəki məktəbdə baş verən hadisəyə münasibət bildirib.
ENA.az TASS-a istinadən xəbər verir ki, o, dövlət başçısı Vladimir Putinin kədərləndiyini söyləyib: “Baş verənlər qeyri-insani hadisə, terrordur”.
Peskov qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin həkimləri və psixoloqları olan təyyarəsi İjevska göndərilib.
Xatırladaq ki, Rusiyanın İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə atışma olub. Hadisə nəticəsində 7-si uşaq olmaqla 13 nəfər ölüb. Regionda matəm elan olunub.