Avropa Kosmik Agentliyi: “Ay yeni iqtisadi məkana çevriləcək”
Ayın tədqiqi növbəti onillikdə iqtisadi fayda gətirə bilər.
Bunu bazar günü Avropa Kosmik Agentliyinin (ESA) baş direktoru Yozef Aşbaher bəyan edib.
O, heç bir proqnoz və təfərrüat açıqlamadan Ayda müxtəlif layihələr həyata keçirəcəklərini bildirib.
“Biz Ayı layihələrimiz üçün istifadə etmək yolunun başlanğıcındayıq. Kolumb da Amerikanı kəşf edəndə bunun nə demək olduğunu anlamırdı”, – deyə Aşbaher qeyd edib.
Onun fikrincə, Ay yaxın onillikdə yeni iqtisadi məkana çevriləcək.