Paşinyan Putindən sonra Makrona zəng vurdu
Ermənistanın baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla telefon əlaqəsi saxlayıb.
ENA.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər Ermənistan-Azərbaycan sərhəddinə baş vermiş son hadisələri müzakirə ediblər.
Bundan öncə Paşinyan Rusiya Prezidenti Vladimir Putinə də zəng vurmuşdu.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.