Bakıda Rusiya şirkətlərinin "şou-rum"u açılıb
Bakı Biznes Mərkəzində Rusiya şirkətlərinin "şou-rum"u fəaliyyətə başlayıb.
ENA.az xəbər verir ki, sərgi məkanında Ryazan vilayətindən olan 57 məşhur istehsalçı Azərbaycan bazarında tələbat olan 300-dən çox məhsul təqdim edəcək.
Bu format Azərbaycan və Rusiya arasında işgüzar əlaqələrin qurulmasına, ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsinə imkan verəcək.
"Şou-rum"un açılışından əvvəl bazar təhlili aparılıb ki, bu da yerli biznesin ehtiyaclarını müəyyən etməyə imkan verib. Belə ki, Azərbaycan sahibkarları sərgi məkanına baş çəkərək tikinti, tibb, qida və tekstil sənayesi, metal emalı, İT texnologiyaları və s. ilə məşğul olan istehsalçıların məhsulları ilə tanış ola biləcəklər.
Sərgi platforması çərçivəsində məhsullarla tanış olan iş adamları onları maraqlandıran şirkətlərlə danışıqlar apara biləcəklər.
"Şou-rum" oktyabrın 7-dək açıq olacaq.