Gündəm

Putindən oliqarxlara tapşırıq - Müharibənin "yeni mərhələsi”nə hazırlaşın!

Rusiya prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibənin “yeni mərhələsini” gücləndirmək üçün dövlət korporasiyalarına və oliqarxlara özəl hərbi şirkətlər yaratmağı əmr edib.

ENA.az xəbər verir ki, bu barədə məşhur araşdırmaçı jurnalist Xristo Qrozev Tvitter-də yazıb.

Onun sözlərinə görə, Putin oktyabrda “döyüşün yeni mərhələsinə” başlamaq istəyir.

Ukrayna Silahlı Qüvvələrinin avqustun sonunda başladığı əks-hücum əməliyyatı hazırda Cənubda və Xarkov vilayətində davam edir. Prezident Volodimir Zelenskinin sözlərinə görə, sentyabrın əvvəlindən Ukrayna Silahlı Qüvvələri təxminən 2000 kvadrat kilometr ərazini azad edib.
Son sutkada 20 yaşayış məntəqəsinin azad olunduğu bildirilir.

ABŞ rəsmilərinin fikrincə, hazırkı hücum Rusiyanın cəbhə xəttində əhəmiyyətli dərəcədə geri çəkə biləcəyinə səbəb ola bilər.
Baş qərargahın məlumatına görə, genişmiqyaslı işğalın başlanğıcından bəri Ukrayna ordusu artıq 52 650 rusiyalı işğalçını məhv edib və minlərlə düşmən texnikasını sıradan çıxarıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)