Azərbaycan rəsmisi: "Rusiya ilə sərhəddəki problemlər aradan qaldırılıb"

"Azərbaycanla Rusiya arasında avtomobil nəqliyyatı ilə daşımalar zamanı sərhəd- buraxılış məntəqələrində əvvəllər mövcud olan problemlər aradan qaldırılıb".
ENA.az xəbər verir ki, bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Bakıda Rusiya və İran rəsmiləri ilə keçirdiyi görüşdə deyib.
"Azərbaycan-Rusiya sərhədində Samur çayı üzərində Yalama-Qazmalar avtomobil körpüsü inşa edilib, Şirvanlı, Yenixanubar, Tahir Kənd keçid məntəqələri bu ildən fəaliyyətə başlayıb. Sərhəd-keçid məntəqələrinin buraxılış imtahanlarının artırılması, yenilərinin tikintisi, keçid prosedurlarının sadələşdirilməsi ölkəmiz üzərindən yükdaşımaların həcminin artırılmasına zəmin yaradır", - o deyib.